“Dəniz kuboku – 2019” müsabiqəsində iştirak edən Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin heyətləri “Gəminin dayanıqlılığı uğrunda mübarizə” üzrə yarışda “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” epizodunu yerinə yetiriblər.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, ekipajlar bu epizodda gəminin təhlükəsizliyinin təmin edilməsi, həmçinin gəminin xilas olunması üzrə bacarıq və vərdişlərini nümayiş etdiriblər.
Beynəlxalq hakimlər kollegiyasının qərarı ilə bu mərhələdə Azərbaycan 40 balla birinci, İran 34 balla ikinci, Qazaxıstan 31 balla üçüncü, Rusiya komandası isə 30 balla dördüncü yerə layiq görülüb.