Mübariz Mənsimovdan Xalq Cümhuriyyətimizə böyük tövhə-Məhəmməd Əmin Rəsulzadə tankeri dünya sularında

2191

Bu gün İstanbulda azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali Group”a məxsus Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan tanker suya buraxılıb. Gununsesi.org-un xəbərinə görə, təşkil olunan mərasimdə Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə, Azərbaycanın tanınmış ziyalıları, hər iki ölkənin media təmsilçiləri qatılıb.

Azərbaycan və Türkiyənin dövlət himni səsləndirildikdən sonra Rəsulzadənin həyat yolu haqqında danışılıb.

Altunova bələdiyyə başqanı Mətin Oral da nitq söyləyərək, Mübariz Mənsimovun iş adamı kimi uğurlarından söz açdı.

Altunova kaymakamı Regaib Ahmet Özyiğit də azərbaycanlı iş adamına uğurlar dilədi. Professor Firudin Cəlilov Məhəmməd Əmin Rəsulzadə adını daşıyan gəmini dünya sularına buraxılmasını ölkəmiz adına uğur olduğunu dedi. Rəsulzadənin xidmıtlərindən danışan alim Rəsulzadənin adının yaşadılmasının alqışlanmalı hal olduğunu dedi.

O, bu addımı atdığını görə, Mübariz Mənsimova öz təşəkkürünü bildirdi. Onun sözlərinə görə, Rəsulzadə adını daşıyan tankerin dünya sularına buraxılması milyonlarla azərbaycanlının sevincinə səbəb olub: “Bu gün müstəqil Asərbaycan 1918 ci ildə Rəsulzadənin qurucusu olduğu AXC-nin varisidir”.

Firudin Cəlilov sonda onu da əlavə etdi ki, hər azərbaycanlıya Rəsulzadədən halallıq almaq şansı olmur: “Amma Azərbaycanlılar arasında bu halallığı Mübariz Mənsimov aldı. Bu gəmidə AXC-nin muzeyi də yaradıllb”.

Mərasimdə çıxış edən Mübariz Mənsimov Rəsulzadənin adını uca tutmağın hər bir azərbaycanlı üçün şərəf olduğunu dedi. Onun sözlərinə görə, dünyaya demokratik dövlət nümunəsini məhz Rəsulzadə qoyub.:” Onun adını yaşatmalıyıq. Fəxr etməliyik ki, belə bir tarixi şəxsiyyətimiz olub.Bu gəmi də Rəsulzadə kimi təmiz, şəffaf olacaq. Onun kimi insanların yükünü daşıyacaq”

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də çıxış edərək Mübariz Mənsimova təşəkkür edib. O, çəkdiyi rəsm əsərlərini gəmiyə hədiyyə etdi.

Pərviz Həşimli

Türkiyə/ İstanbul