“Dəniz kuboku – 2019” müsabiqəsinin “Dəniz hazırlığı” üzrə mərhələsində gəminin lövbərə və çəlləyə durması tapşırıqları icra edilib.
Müdafiə Nazirliyindən “Report”a verilən məlumata görə, beynəlxalq hakimlər briqadasının qərarına əsasən bu mərhələ üzrə Rusiya 40 balla birinci, Azərbaycan 38 balla ikinci, İran 36 balla üçüncü, Qazaxıstan komandası isə 14 balla dördüncü yerə layiq görülüblər.
Avqustun 15-də “Dəniz kuboku – 2019” müsabiqəsinin mükafatlandırma və bağlanış mərasimi keçiriləcəkdir.