Nigeriyada iki gəminin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb

291

Nigeriyada iki sərnişin gəmisinin toqquşması nəticəsində ən azı 3 nəfər ölüb, daha iki adam itkin düşüb. AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, insident ölkənin ən iri şəhərlərindən biri olan Laqosun sahillərində baş verib.

Laqos şəhərinin Su nəqliyyatı idarəsinin rəisi Oluvadamilola Emmanuel jurnalistlərə müsahibəsində bildirib ki, göyərtələrində 18 nəfər olan iki sərnişin gəmisi Oco ştatındakı İreve çayının mənşəyində toqquşub. Onun sözlərinə görə, dalğıclar suya düşən 13 nəfəri xilas edə biliblər, bir qadın və azyaşlı isə itkin düşüblər.

İlkin məlumata görə, insidentin səbəbi su nəqliyyat vasitələrinin ehtiyatsız idarə olunması və sürət həddinin aşılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır