İndoneziyada bərə yandı – Onlarla sərnişin itkin düşdü

375

İndoneziyanın Yava adası sahillərində bərədə yanğın baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 30-dan çox sərnişin itkin düşüb.

Qeyd olunur ki, Surabaya şəhərindən Balikpapana doğru hərəkət edən bərədə 277 sərnişin olub.

Onların böyük əksəriyyəti xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Yanğının səbəbləri hələlik məlum deyil.