ABŞ İrana məxsus tankeri qəbul edən limanları sanksiyalarla hədələyib

347

İranın “Adriana Dara” neft tankerini qəbul edən limanlara qarşı sanksiya tətbiq olunacaq.

AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə ABŞ-ın Dövlət Departameti çıxış edib.

Xatırladaq ki, iyulun 4-də İranın neft tankeri heyəti ilə birlikdə Hibraltarda Böyük Britaniya tərəfindən həbs edilmişdi. Bir neçə gün sonra isə İran Hörmüz boğazına daxil olan Britaniyaya məxsus neft tankerini həbs etdi. Bundan sonra Britaniya məhkəməsi ABŞ-ın tələbinə baxmayaraq, İran gəmisini azad etdi. Rəsmi Vaşinqton İspaniya, Yunanstan və Tükiyəyə İranın “Adriana Dara” tankerinin yenidən həbs edilməsi tələbi ilə müraciət etdi. Lakin bu dövlətlər ABŞ-ın tələbinə məhəl qoymadılar. Bu gün isə ABŞ İran tankerini qəbul edən limanlara qarşı sanksiya tətbiq edəcəyini bəyan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır