Banqladeşdə yük gəmisi batıb,12 nəfər itkin düşüb

342

Banqladeşin cənub-şərq sahillərində yük gəmisi qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə nəticəsində 12 heyət üzvü itkin düşüb.

Qeyd olunur ki, kömür daşıyan gəminin mühərriki dayanıb. Nəticədə güclü dalğalar gəmini çevirib.

Hazırda itkin düşən dənizçilərin axtarışları aparılır.