Hindistanda gəmi qəzaya uğrayıb.
Bu barədə “Report” “The Times of India”ya istinadən xəbər verir.
Məlumata görə, hadisə Qodavari çayında baş verib. Gəminin çevrilməsi nəticəsində 12 nəfər ölüb, 20-dən çox insan itkin düşüb. Onların turist olduğu bildirilir.
Hadisə zamanı gəmidə 60 nəfər olub. Qəzanın başvermə səbəbi açıqlanmır.