Xəzər dənizində zəlzələ olub

331

Sentyabrın 17-də Xəzər dənizində maqnitudası 3.1 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:18-də qeydə alınıb.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır