Səkkiz ayda dəniz nəqliyyatı ilə 624 milyon dollarlıq yük daşınıb

355

Cari ilin yanvar-avqust aylarında dəniz nəqliyyatı ilə ümumilikdə 1 milyon 29 min 125 ton yük daşınıb ki, bu yüklərin dəyəri 624 milyon 368 min ABŞ dollarıdır.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, 8 ayda dəniz nəqliyyatı ilə ixrac olunan 229 min 646 ton yükün dəyəri 105 milyon 246 min dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 799 min 478 ton, dəyəri isə 519 milyon 121 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır