Türkiyədə qanunsuz yollarla Yunanıstana keçmək istəyən 211 nəfər saxlanılıb

279

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonunda keçirilən dörd əməliyyat tədbiri nəticəsində qanunsuz yollarla Yunanıstanın Midilli adasına keçmək istəyən 211 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılan qanunsuz miqrantların Əfqanıstan vətəndaşları olduqları bildirilir.

Saxlanılan şəxslər aidiyyəti qurumlara təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır