Amerikalı alimlər su aləminin öyrənilməsinə kömək edəcək robot-balıq ixtira ediblər

71

Massaçusets Texnologiya İnstitutu Kompüter Elmləri və Süni İntellekt Laboratoriyasının mütəxəssisləri sualtı dünyaya qoşula bilən robot-balıq təqdim ediblər.

mir24.tv saytının məlumatına əsasən, “SoFi” adlı balıq 40 dəqiqə ərzində 15 metr dərinlikdə üzmək imkanına malikdir. Onun quyruğu iki hidravlik nasos vasitəsilə hərəkət edir və bu quyruq su keçirməyən pultun köməyi ilə idarə olunur. Robot-balığın səyahətləri yüksək ayırdetmə dəqiqlikli videokameraya qeyd olunur. Mütəxəssislər smartfonlarda olduğu kimi onu inteqrasiya edilmiş qavrama tənzimləyiciləri, mühərrik və litium batareyası ilə təchiz ediblər.

Alimlərin fikrinə görə, “SoFi” hazırkı sualtı aparatlarla müqayisədə dəniz canlılarının həyatını daha yaxşı öyrənməyə imkan verir. Hazırda ixtioloqlar bu hədəflər üçün qayığa burazla birləşdirilən avtonom aparatlardan istifadə edirlər.

Qeyd edək ki, alimlər uzun müddətdir elmə və gündəlik həyata kömək edən robotlar ixtira ediblər. Belə ki, Rusiyalı mühəndislər kosmosa uçacaq “Teledroid” adlı yeni robot hazırlayıblar.