Peruda bir tondan çox kokain daşıyan sualtı qayıq saxlanıldı

36

Peru Hərbi Dəniz Qüvvələrinin patrul gəmiləri ölkənin şimal sahillərində göyərtəsində bir tondan çox kokain olan sualtı qayıq saxlayıblar.

“Televisa” xəbər verir ki, bu barədə Perunun hüquq-mühafizə orqanları informasiya yayıb.

Məlumata görə, qayıq Meksika istiqamətində hərəkət edib. Narkomafiyanın pulları ilə hazırlanan gəminin heyəti iki kolumbiyalı, meksikalı və ekvadorlu şəxsdən ibarət olub. Ələ keçirilən narkotik maddənin həcminin iki tona çata biləcəyi qeyd olunur.

Peru hakimiyyəti hələlik sözügedən narkotik vasitələrin hansı cinayətkar dəstəyə aid olduğunu müəyyənləşdirməyib.