Hörmüz boğazında tanker atəşə tutulub

10

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, Hörmüz boğazından keçən növbəti tanker atəşə tutulub.

Denizxeber.az bildirir ki, qurumun açıqlamasında gəminin mərmi ilə vurulduğu bildirilib. Hadisə ilə bağlı əlavə təfərrüatlar hələlik açıqlanmayıb.

Məlumata görə, idarə insident barədə məlumatı gec əldə etdiyindən hücumun dəqiq vaxtını müəyyənləşdirmək mümkün olmayıb. Xoşbəxtlikdən, hadisə nəticəsində gəminin ekipaj üzvlərindən heç biri xəsarət almayıb.