Heydər Əliyev Mərkəzində “44” bədii filminin təqdimatı keçirilib

12

Oktyabrın 12-də Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Vətən müharibəsindəki qəhrəmanlığına həsr olunmuş “44” bədii filminin təqdimat mərasimi keçirilib.

Denizxeber.az bildirir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardından filmin saundtreki Simfonik Orkestr və Xor Kapellasının ifasında nümayiş olunub. Film bir kursantın gözü ilə Xüsusi Təyinatlı Qüvvələrin fədakarlığını, qəhrəmanlıq və məhəbbət dramını əks etdirir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi və Bakı Media Mərkəzinin dəstəyi ilə ərsəyə gələn bu böyük layihənin çəkilişləri 5 il davam edib. Bədii rəhbəri və ssenari müəlliflərindən biri Anar Ələkbərov olan filmdə 2500 hərbçi, başda Türkiyənin tanınmış aktrisası Özge Gürel olmaqla 32 əsas aktyor və minlərlə heyət yer alıb. İstehsalatda 150-dən çox hərbi texnikadan istifadə edilib və layihəyə 13 ölkədən beynəlxalq mütəxəssislər cəlb olunub. Ekran əsəri oktyabrın 15-dən etibarən ölkə kinoteatrlarında nümayiş etdiriləcək.