Dəniz quldurları balıqçı gəmilərinə HÜCUM ETDİ

112

Qabonda dəniz quldurları balıqçı gəmilərinə hücumlar təşkil edib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Libreville limanında baş verən hadisə zamanı 1 yerli balıqçı həyatını itirib. 4 Çin vətəndaşı girov götürülüb. Hökumətin məlumatına görə, qanlı olaydan sonra əraziyə çox sayda polis cəlb edilib.

Limanda təhlükəsizlik təmin edilib. Girov götürülən şəxslərin azad edilməsi üçün Beynəlxalq Cinayət Polisi İdarəsinə müraciət edilib.