Şərqi Çin dənizində balıqçı gəmisi batıb, 7 nəfər itkin düşüb

272

Şərqi Çin dənizində balıqçı gəmisi batıb. 

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Çinin Çjeszyan əyalətinin akvatoriyasında baş verib. Qəza zamanı 7 nəfər itkin düşüb.

Xilasedicilər 11 heyət üzvünü xilas etməyə müvəffəq olublar.