Qara dənizin Batumi, Poti və Kulevi sahillərində güclü qasırğa barədə yerli əhaliyə və turistlərə xəbərdarlıq olunub.
AZƏRTAC xəbər verir ki, Poti və Kulevi sahillərində qasırğa 5-6 bal gücündə olacaq.
Gürcüstanın hidrometeoroloqları əhaliyə və turistlərə növbəti üç gün ərzindən dənizdən uzaq durmağı tövsiyə ediblər.
Eyni zamanda, regionda şiddətli küləyin sulu qarla müşayiət olunacağı bildirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır