Qara dənizin Gürcüstan sahillərində güclü qasırğa xəbərdarlığı edilib

308

Qara dənizin Batumi, Poti və Kulevi sahillərində güclü qasırğa barədə yerli əhaliyə və turistlərə xəbərdarlıq olunub.

AZƏRTAC xəbər verir ki, Poti və Kulevi sahillərində qasırğa 5-6 bal gücündə olacaq.

Gürcüstanın hidrometeoroloqları əhaliyə və turistlərə növbəti üç gün ərzindən dənizdən uzaq durmağı tövsiyə ediblər.

Eyni zamanda, regionda şiddətli küləyin sulu qarla müşayiət olunacağı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır