Pekinə işgüzar səfər

8

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin nümayəndə heyəti Çin Xalq Respublikasının paytaxtı Pekinə işgüzar səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti Çin Beynəlxalq Neft-Qaz Texnologiyalarının İnkişafı Konfransında iştirak edib, neft-qaz xidmətləri sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin nümayəndələri ilə görüşlər keçirib və bir sıra istehsalat obyektləri ilə tanış olub.
Görüşlərdə müasir texnologiyaların və innovativ həllərin Azərbaycanın neft-qaz sənayesində tətbiqi imkanları, beynəlxalq təcrübədən yararlanma və yeni əməkdaşlıq perspektivləri müzakirə edilib.
#SOCAR #Azneft