Gəmidə koronavirusa yoluxanların sayı 621 nəfərə çatdı

39

Yaponiyanın İokohama şəhərinin limanında karantin üçün saxlanılan “Diamond Princess” səyahət gəmisində daha 79 nəfərdə koronavirus aşkarlanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Beləliklə, gəmidə koronavirusa yoluxanların ümumi sayı 621 nəfərə çatıb. Gəmidəki 3 600-dan çox insandan indiyədək 3 011 nəfərin təhlil nümunələrinin götürüldüyü məlum olub.

Koronavirusun aşkarlanmadığı 500 nəfər gəmidən sahilə çıxarılıb.