2020/2021-ci tədris ilində ADDA-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

333

2020/2021-ci tədris ilində Azərbaycan Dövlət Dəniz Akademiyasına qəbul olmaq istəyən

ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə 2020/2021-ci tədris il üçün abituriyentlərin sənəd qəbulu bu ilin mart ayının 16-dan aprel ayının 14-ə qədər elektron qaydada aparılacaq.

Azərbaycan Dövlət Dəniz Akademiyası “Dəniz naviqasiyası mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə bakalavriat səviyyəsinə qəbul olmaq istəyən abituriyentlərin nəzərinə çatdırmaq istəyir ki, həmin şəxslər 2020-ci il aprel ayının 1-dən iyul ayının 30-a qədər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Dənizçilər poliklinikası” MMC-də xüsusi tibbi müayinədən keçməlidirlər.

“Dənizçilər poliklinikası”-nın ünvanı: Bakı şəh. K.Kazımov küç., 120A, Mərkəzi Gömrük Hospitalının yanı.