Braziliyada gəmi qəzası zamanı ölənlərin sayı artıb

64

Braziliyanın şimalındakı Rio-Yari çayında baş vermiş gəmi qəzası nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə “Globo” nəşri bildirib.

Qeyd edilir ki, “Anna Karolina III” sərnişin gəmisinin qəzaya uğraması nəticəsində azı 22 nəfər itkin düşüb. Hadisə zamanı gəmidə olmuş daha 46 nəfər xilas edilib. Bununla belə, hakimiyyət orqanları hadisə zamanı gəmidəki sərnişinlərin dəqiq sayını bilmirlər. 

Ölkənin baş naziri bildirib ki, hadisənin başvermə səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb. Qeyd edək ki, qəza fevralın 29-da baş verib.