Bakı Limanı Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait ayırıb

61

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, Bakı Limanı qlobal pandemiyaya çevrilmiş koronavirusa qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədilə fonda 100 min manat məbləğində vəsait ayırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır