“Caspian Marine Services” Koronavirusla Mübarizəyə Dəstək Fonduna bir milyon manat ianə ayırıb

218

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) alyans tərəfdaşı olan “Caspian Marine Services” (CMS) Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ayırıb.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19 mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna “Caspian Marine Services” tərəfindən bir milyon manat məbləğində vəsait köçürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır