Bundestaqda Rusiya təbii qazına dəstək verilib

57

Almaniyanın, Avropanın qalan hissəsi kimi ucuzluğuna görə Berlin üçün prioritet olan Rusiya təbii qazına ehtiyacı var.

AZƏRTAC xəbər verir ki, Bundestaqın İqtisadiyyat və energetika məsələləri komitəsinin rəhbəri Klaus Ernst “Gazprom” şirkətinin məhsullarına bu cür qiyməti “Şimal axını-2” qaz kəmərinin inşası üzrə işlərin cari vəziyyəti barədə məruzə edərkən verib. Rəsmi Vaşinqtonun Berlinə təzyiqlər göstərməsini və onu sanksiyalarla hədələməsini tənqid edən K.Ernst Rusiya qazını Avropa üçün vacib strateji obyekt adlandırıb.

“Qazı kimdən almaq barədə qərarı özümüz verəcəyik və koronavirus böhranı buna təsir edə bilməyəcək”, – deyə o bildirib.

K.Ernst xatırladıb ki, Almaniya vətəndaşlarının 77 faizi “Şimal axını-2” qaz kəmərinin tikintisini dəstəkləyir və onlar Almaniya-Rusiya münasibətlərinin inkişafında maraqlıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır