Azərbaycan MDB ölkələrinə məhsul ixracını artırıb

223

Cari ilin yanvar-mart aylarında Azərbaycandan MDB ölkələrinə 257 milyon 221 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu göstərici 2019-cu ilin müvafiq dövrünə nisbətən 69,4 milyon dollar çoxdur.

Üç ayda Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 652 milyon 389 min dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır