Dövlət Dəniz Agentliyi 100 ailəyə yardım edib

78

Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarına dəstək olaraq Dövlət Dəniz Agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə 100 tənha, kimsəsiz və xüsusi qayğıya ehtiyacı olan ailələrə ərzaq məhsullarından ibarət sovqatlar paylanıb.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, Dəniz Agentliyinin əməkdaşları vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumat verib. Sakinlərdən bu həssas dövrdə evdə qalmaları, ciddi karantin rejiminə və müəyyən edilmiş sosial izolyasiya tələblərinə əməl etmələri xahiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır