Benin sahillərində gəmi qaçırılıb

291

Portuqaliya bayrağı ilə üzən “Tommi Ritscher” adlı konteyner gəmisi Benin sahillərində naməlum şəxslər tərəfindən qaçırılıb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə dəniz təhlükəsizliyi məsələlərini araşdıran “Dryad Global” xidməti məlumat verib.

Məlumata görə, ekipaj üzvləri arasında Rusiya, Ukrayna, Filippin və Bolqarıstan vətəndaşları da var. Qeyd olunur ki, 11 ekipaj üzvü xüsusi möhkəmləndirilmiş otağa daxil ola bilib, daha səkkiz nəfərin isə silahlılar tərəfindən tutulduğu ehtimal olunur.

“Dryad Global” xidməti qeyd edib ki, Nigeriya rəsmiləri qaçırılan konteyner gəmisinin istiqamətində patrul gəmisi göndərib. Gəmini ələ keçirənlər öz tələblərini hələ də bildirməyiblər.