Rusiya sualtı pilotsuz gəminin sınağını həyata keçirir

40

Rusiya nüvə silahı daşıya bilən “Poseidon” sualtı pilotsuz vasitənin sınaq mərhələsinə start verib.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, bu gün səhər sualtı dronun sınağı həyata keçirilib. Sınaqlar zamanı “Poseidon”un dinamik xüsusiyyətləri yoxlanıb və fəaliyyət zamanı baş verə biləcək nasazlıqlar üzərində analizlər aparılıb.

Qeyd olunub ki, plan üzrə davam edən istehsal və sınaq müddətinin yekunu olaraq qarşıdakı bir neçə gündə dronun bir neçə xüsusiyyətləri üzrə ayrı-ayrı sınaqlar keçiriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır