Koronavirus infeksiyasının ikinci ən iri ocağı olmuş layner Yaponiyanı tərk etdi

245

Koronavirus pandemiyası başlayarkən Çindən sonra bir müddət infeksiyanın ikinci ən iri ocağı hesab olunan “Diamond Princess” kruiz layneri 3 aydan sonra Yaponiyanın Yokohama limanını tərk edib.

Trend-in məlumatına görə, layner Malayziyaya doğru hərəkət edir.

Hələlik onun gələcək marşrutu barədə ətraflı məlumat verilməyib.

Qeyd edək ki, “Diamond Princess” kruiz layneri yanvarın 20-də Yokohamadan çıxsa da, fevralın 3-də infeksiyaya geri qayıtmalı olub. Sərnişinlər arasında koronavirusa yoluxmuş Çin vətəndaşı olub. Yekunda 3,7 minə yaxın sərnişini olan gəmidə 712 nəfər koronavirusa yoluxub. Onlardan 13 nəfəri ölüb, 651 nəfər sağalıb.