Dəniz limanlarında 3,7 milyon ton yükləmə-boşaltma işləri həyata keçirilib

39

Cari ilin yanvar-may aylarında dəniz limanlarında 3 milyon 768,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 3 milyon 578,9 min tonunu və ya 95 faizini tranzit yüklər təşkil edib. İyunun 1-nə limanlarda qalan yüklərin həcmi 99,3 min ton olub.

Beş ayda dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı ötən ilin müvafiq dövrünə nisbətən 9,9 faiz azalaraq 6,4 min nəfər təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır