Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi ötən ili zərərlə başa vurub

277

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi 2019-cu ili 6 min manat zərərlə başa vurub. 

“Report” xəbər verir ki, ötən il qurumun əsas əməliyyat gəlirləri 3 milyon manat, sair əməliyyat gəlirləri 2,7 milyon manat, icarə haqqı xərcləri 2,4 milyon manat, inzibati xərcləri 2,4 milyon manat, sair əməliyyat xərcləri isə 788 min manat təşkil edib. 

Bu il yanvarın 1-nə Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi aktivləri, həm də balans kapitalı 6,7 milyon manat olub ki, bu da illik müqayisədə 0,1% azdır.