Polşa mətbuatında Azərbaycanın təbii qaz resursları barədə məqalə dərc olunub

231

Polşanın “wnp.pl” portalında ölkəmizin təbii qaz resursları barədə “Azərbaycanda qaz ehtiyatları kifayət qədərdir” başlıqlı məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin xam neft və təbii qazın əsas istehsalçısı olduğu bildirilir. İl ərzində ölkə təbii qaz ehtiyatlarını artıraraq 2,8 trilyon kubmetrə çatdırıb, bu isə Polşanın 140 illik ehtiyacı deməkdir.

Qeyd olunur ki, yeni yataqlar Xəzər dənizində kəşf olunub, lakin bu ərazilər hələ də sonacan öyrənilməyib. Coğrafi mövqeyinə görə Azərbaycan Avropa və Türkiyənin qaz tədarükçüsü ola bilər. Xüsusilə yaxınlıqda olan Türkiyə Azərbaycan qazının artan istehlakçısıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır