“El-Ninyo” iqlim hadisəsi qışın əvvəlinə qədər öz pik həddinə 100% ehtimalla çatacaq

6

“El-Ninyo” iqlim hadisəsi qışın əvvəlinə qədər öz pik həddinə, 100% ehtimalla, çatacaq.

Denizxeber.az bildirir ki, bu barədə “Reuters” agentliyi Yaponiya meteoroloji bürosuna istinadən xəbər verir.

Sinoptiklərin bildirdiyinə görə, “El-Ninyo” Şimal yarımkürəsində 2027-ci ilin yazınadək öz təsirini qoruyub saxlayacaq. Hazırkı epizod 2026-cı ilin yazından müşahidə olunur.