Türkiyənin ən böyük müdafiə sənayesi ixracatı olan Pakistan MİLGEM layihəsi ilə bağlı daha bir əməkdaşlıq müqaviləsi bağlanıb.
Avropa.info xəbər verir ki, STM Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət AŞ-nın verdiyi açıqlamaya görə, şirkət və Hərbi Fabrik və Tərsanə İstismarı AŞ (ASFAT) arasında əsas transmissiya sistemlərinin tədarükü və inteqrasiyasına dair texniki həll yolları ilə bağlı müqavilə imzalanıb.
Gəmilərin ən vacib platforma sistemlərini təşkil edən əsas transmissiya sistemləri gəmilərin hərəkət etməsini təmin edir. STM-in həyata keçirəcəyi həll yolu sayəsində Pakistan donanması müasir texnologiyalar ilə təchiz olunacaq.
ASFAT-ın dəstəyi ilə Pakistan Hərbi Dəniz Qüvvələri üçün istehsal olunacaq MİLGEM korvetləri İstanbul Tərsanə Komandanlığı və Kəraçi Tərsanəsində həyata keçiriləcək. STM Türkiyənin ən vacib hərbi dənizçilik ixracat layihəsinə beynəlxalq təcrübəsi ilə töhfə verəcək.
Pakistanın hərbi ehtiyacları ilə bağlı hərbi dəniz layihələrində iştirak edən STM 2013-cü ilin yanvarında imzaladığı və 2018-ci ilin oktyabrında təhvil verdiyi Pakistan Dəniz Təchizatı Gəmisi (PNS MOAWIN) ilə 2016-cı ilin iyununda imzalanan və uğurlu şəkildə davam edən Pakistan Agosta 90 B sualtı qayıq modenizasiyası ilə bu ölkədə fəaliyyət göstərir. STM beynəlxalq arenada öhdəsinə götürdüyü layihələrlə dənizçilik sahəsində Türkiyənin qlobal markası olmaq yolunda əmin addımlarla irəliləyir.
STM Türkiyə donanmasının ehtiyacları üçün həyata keçirilən MİLGEM layihəsi ilə bağlı vacib öhdəliklər götürüb.
Türkiyənin sahib olduğu təcrübənin Pakistana ixracı Türkiyənin hərbi sənayesi və mühəndislik bacarıqlarının gəldiyi mərhələni nümayiş etdirməsi baxımından vacib əhəmiyyət daşıyır.