Qazaxıstan geologiya kəşfiyyatına əcnəbi sərmayədarları cəlb edəcək

268

Qazaxıstanın Ekologiya, Geologiya, Təbii Sərvətlər Nazirliyi ölkədəki geologiya kəşfiyyat işlərinə iri əcnəbi sərmayədarları cəlb etmək üçün marketinq strategiyası hazırlamaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “Twitter” səhifəsində nazir Maqzum Mirzaqaliyev bildirib.

Nazirin paylaşdığı məlumata görə, ölkənin hasil edilə bilən karbohidrogen ehtiyatları neft ekvivalenti 76,4 milyard tondur, habelə tədqiqatını gözləyən 15 çöküntü hövzəsi mövcuddur. Həmin hövzələrdə kəşfiyyat işlərinə əcnəbi sərmayələri cəlb etmək üçün dünyanın mühüm mərkəzlərində “Road Show”ların təqdimatları keçiriləcək.

Bununla da irimiqyaslı kəşfiyyat işlərinə qabaqcıl texnologiyaları tətbiq etmək üçün şəraitin yaranacağı diqqətə çatdırılıb.