ABŞ hərbi gəmisi Gürcüstan limanına daxil olub

51

ABŞ Hərbi Dəniz Qüvvələrinin “Porter” gəmisi Gürcüstanın Batumi limanına daxil olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ABŞ-ın Gürcüstandakı səfirliyindən bildirilib.

Gəminin Batumi limanına üçüncü dəfə daxil olmasının məqsədi dəniz təhlükəsizliyi üzrə əməliyyatlar həyata keçirmək və regional təhlükəsizliyin gücləndirilməsidir.