Banqladeşdə gəmi aşıb, 11 nəfər ölüb

236

Banqladeşin paytaxtı Dəkkə şəhərində Buriqanqa çayında gəmi aşıb.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ən azı 11 nəfər ölüb.

Qeyd olunub ki, gəminin göyərtisində ümumilikdə 100-ə yaxın sərnişin olub.