Filippində gəmilərin toqquşmasından sonra 14 nəfər itkin düşüb

233

Manilanın cənub-qərbində Filippinə məxsus balıqçı gəmisi ilə Honkonqda qeydiyyatdan keçmiş “Vienna Wood” yük gəmisinin toqquşduqdan sonra azı 14 nəfər itkin düşüb, xilasedicilər itkin düşənləri axtarır.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

Hadisə bazar günü səhər tezdən Qərbi Mindoro əyalətinin sahillərində baş verib. Toqquşma nəticəsində Filippin bayrağı altında üzən “Liberty 5” balıqçı gəmisi çevrilib. Filippin Sahil Mühafizəsinin nümayəndəsi bildirib ki, “Vienna Wood”un kapitanı hadisədən bir neçə saat sonra yardım istəyib, bundan sonra gəmini müşayiət altında sahilə doğru buraxıblar. Hazırda gəminin batıb-batmadığı məlum deyil.

İtkin düşənlərin axtarışı dənizdən və havadan aparılır. İtkin düşənlər arasında 12 ekipaj üzvü və sərnişin var.