NATO 11 günlük hərbi təlim keçirir

290

NATO Atlantik okeanın şimalında İslandiya sahillərində “Dynamic Mongoose 2020” adlı hərbi-dəniz təlimlərinə başlayıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın 6-cı Əməliyyat Donanması bildirib.

Bildirilib ki, təlimlər iyunun 29-dan iyulun 10-dək davam edəcək. Hərbi tədbirdə ABŞ, Britaniya, Almaniya, Fransa, Norveç, İslandiya və Kanadadan 5 döyüş gəmisi və 5 sualtı qayıq əleyhinə patrul təyyarə iştirak edir.