Almaniya ABŞ-a sanksiya tətbiq edə bilər – Qaz kəmərinə görə

255

Əgər rəsmi Vaşinqton “Şimal axını-2”yə qarşı yeni tədbirlər görsə, Almaniya ABŞ-a qarşı sanksiyalara hazırdır.

ABC.AZ-ın məlumatına görə, bu barədə “Bloomberg” yazıb.

Məlumatda qeyd olunub ki, əgər prezident Donald Tramp “Şimal axını – 2” qaz kəmərinə qarşı hər hansı addım atsa, onda Almaniya da boş dayanmayacaq. Məşhur nəşrin yazdığına görə, Almaniya kansleri Angela Merkel ümumi hərəkətlərə təşəbbüs etmək üçün Avropa Birliyinə təzyiq göstərə bilər.