SOCAR Gəmiqayırma zavodunda payını 17% artırıb

251

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2019-cu ildə Bakı Gəmiqayırma Zavodunda payını 70,21%-dən 87,47%-ə yüksəldib.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın “Ernst&Young” (EY) şirkəti tərəfindən auditi aparılmış 2019-cu il üzrə konsolidasiya olunmuş maliyyə hesabatlarında qeyd olunub.

Bildirilib ki, şirkət 28 oktyabr 2019-cu ildə “Bakı Gəmiqayırma Zavodu” MMC-də payını 17,26% artırıb.

Qeyd edək ki, “Bakı Gəmiqayırma Zavodu” MMC 2010-cu ildə yaradılıb. Şirkətin digər səhmdarları Azərbaycan İnvestisiya Şirkəti (8,95%) və “KV Enterprises B.V.” (3,58%-Sinqapur)