SOCAR AQŞ Geologiya Şöbəsi Müdiri Axtarır

484

Geologiya şöbəsinin müdiri

İş sahəsi: Ofis
Şöbə: Geologiya
Geologiya şöbəsinin müdiri İstismar (o cümlədən axtarış, kəşfiyyat, dayaq və s.) quyuların qazılması, mənimsənilməsi prosesində geoloji xidmətlərin işinə nəzarət etməkdir.

Əsas vəzifə öhdəlikləri:
✓ Quyu yerlərinin seçilməsi və Layihə-smeta sənədlərinin hazırlanması üçün dəqiq məlumatların Sifarişçidən əldə edilməsi, qazıma prosesində qazıma məhlulunun parametrlərinə, maili qazıma zamanı azimut və inhirafın layihəyə uyğun olmasına, qoruyucu kəmərlərin nəzərdə tutulmuş dərinliyə buraxılmasına və keyfiyyətli sementlənməsinə, mədən – geofiziki tədqiqatların aparılmasına və mənimsəmə işlərinə nəzarət etmək və əməliyyatların aparılması zamanı bilavasitə iştirak etmək;
✓ Geoloji – texniki tapşırıqların hazırlanmasını təşkil etmək, onlara əməl olunmasına nəzarət etmək;
✓ Sifarişçilərlə, müəyyən əlaqələrin yaradılması, məlumatların əldə edilməsini təşkil etmək;
✓ Mədən – geofiziki tədqiqatların nəticələrinin (karotaj diaqramları) analiz olunmasını, tədqiqatın nəticələrinin ümumiləşdirilməsini və quyu kəsilişlərinə müvafiq düzəlişlərin edilməsini, qazıma prosesində götürülmüş kern və şlam nümunələrinin zərurət olduqda analiz olunmasının təşkil etmək, yeni texnika və texnologiyanın tətbiqini təşkil etməklə görülən işlərin dünya standartlarına uyğunlaşdırılmasına nail olmaq;
✓ Yerin təkinin, yeraltı sərvətlərin və ətraf mühitin (ekologiya) qorunmasına nəzarət etmək və müvafiq təkliflər vermək. Əməyin müdafiəsi ilə əlaqədar nöqsanların aradan qaldırılması üçün təkliflər vermək;
✓ Nəzərdə tutulmuş tədqiqatların vaxtlı – vaxtında yerinə yetirilməsini təşkil etmək. Geoloji xidmət işçilərinin işlərini koordinasiya etmək, onların biliklərinin artırılması istiqamətində təkliflər vermək, həmçinin sifarişçilərə hesabatların təqdim olunmasını təşkil etmək;
✓ Geoloji kəşfiyyat işləri üzrə cari və perspektiv planların, neft və qazın sənaye ehtiyatlarının artırılması, mədən-geofiziki və tədqiqat işləri üzrə plan layihələrinin işlənməsini təşkil etmək;
✓ Quyuların qazılması zamanı ölçülmüş geofiziki işləri təhlil etmək və onlara qiymət vermək, işlərin gələcək istiqamətləri üzrə tövsiyələr edərək təkmilləşdirmək;
✓ Ümumiləşdirilmiş geoloji sənədlərin, geoloji hesabatların, istismar quyularının tikintisi üçün texnoloji layihə toplusunun hesablanması üzrə sənədlərin tərtib olunmasını, həmçinin təyin olunmuş geoloji-istehsalat hesabatlarının tərtib və müvafiq ünvanlara vaxtında təqdim olunmasını təşkil etmək;
✓ İstehsalın idarəetmə proseslərinin təkmilləşdirilməsi və istehsalın elmi təşkili üzrə tədbirlərin tətbiqini təmin etmək;
✓ Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi və yeraltı sərvətlərin mühafizəsi üzrə tədbirlərin tərtib olunmasında iştirak etmək.

İxtisas / Təcrübə / Səriştəlik:
✓ Neft və qaz sahəsində yaxud digər yüksək təhlükəli sənaye sahəsi üzrə 5+ il iş təcrübəsi;
✓ Dil bilikləri:
İngilis dili (səlis);
✓ Kompüter proqramları bacarıqları: MS Office.

SOCAR AQS MMC təhlükəsiz və həvəsləndirici iş mühiti, rəqabətli əmək haqqı və sosial paket, təlim və peşə inkişafı imkanları təqdim edən və sürətlə inkişaf edən bir müəssisə olaraq karyerada irəliləmə şanslarını təklif edir.

Maraqlı namizədlər öz CV-lərini başlıqda “Geologiya şöbəsinin müdiri” yazmaqla 10.07.2020 tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlər ilə əlaqə saxlanacaqdır.

SOCAR-AQS MMC işçilərə bərabər imkanlar yaradan şirkətdir.