“Lamborghini” supercar görünüşlü yeni yaxta hazırladı – FOTO

83

İtaliyanın avtomobil istehsalçısı “Lamborghini” yeni mühərrikli yaxtanın dizaynını ictimailəşdirib. Avtosfer.az xəbər verir ki, yaxta 2021-ci ilin əvvəlində satışa çıxarılacaq. Bu barədə brendin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, gəmi 2 min at gücündə olan iki mühərriklə təchiz edilib və bu da onun sürətinin 111 km/saata çıxmağına imkan verir. Yaxtanın uzunluğu 19 metr, çəkisi isə 24 ton təşkil edir.

Su nəqliyyatı, “Lamborghini Sian FKP 37” superkarından ilhamlanaraq yaradılıb, buna görə də onun xarici görünüşü avtomobili xatırladır.

Qeyd edilir ki, yaxta açılıb örtülə bilən dam örtüyünə malikdir. Gəmini işə salma düyməsi, “Lamborghini” avtomobilindəki düymə ilə eynidir.

Yaxtanın hazırlanması ilə “Italian Sea Group” şirkəti və “Lamborghini Centro Stile” dizayın studiyası məşğul olub, onun qiyməti 5,640,000 manatdır.

Namiq Musayev