Türkiyə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 268 miqrant saxlanılıb

257

Türkiyənin İzmir şəhərində ölkəni qanunsuz yollarla tərk etmək istəyən 268 miqrant saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə bayrağı altında üzən ticarət gəmisində ələ keçirilən miqrantlar aidiyyəti qurumlara təhvil veriliblər.

Onlara kömək etməkdə şübhəli bilinən səkkiz nəfər də cinayət məsuliyyətinə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır