“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabının elektron variantı ASCO-nun rəsmi saytına yerləşdirilib

297

“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabının elektron variantı ASCO-nun rəsmi saytına yerləşdirilib. ASCO-nun sifarişi ilə işıq üzü görən “Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabının elektron variantı www.asco.az saytına yerləşdirilib. Kitabı saytın “E-nəşrlər” (https://asco.az/media/e-nesrler/) bölməsindən yükləyərək oxumaq mümkündür.

Kitabda ümummilli lider Heydər Əliyevin 1969-cu ilin yayında respublikaya rəhbərlik etdiyi ilk günlərdən ömrünün sonuna qədər gəmiçilik sahəsinə göstərdiyi qayğı və diqqətdən söhbət açılır. Nəşrdə Heydər Əliyevin hakimiyyəti illərində neft sənayesinin dirçəldilməsi, gəmiçilikdə yerli və milli kadrların irəli çəkilməsi, peşəkarlığın həvəsləndirilməsi, əmək intizamının gücləndirilməsi və sair kimi sahələrdə görülən işlərdən konkret faktlar və arxiv sənədləri əsasında bəhs olunur.

“Ulu öndər Heydər Əliyev və milli gəmiçilik siyasəti” kitabı Azərbaycan və Rusiyanın arxivlərində saxlanılan çoxsaylı sənədlər, gəmiçilik tarixinə dair kitablar, eləcə də o dövrdə yaşamış adamların xatirələri əsasında qələmə alınıb.

Nəşrin müəllifi Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovdur.

Mənbə:https://asco.az/ulu-onder-heyder-eliyev-ve-milli-gemicilik-siyaseti-kitabinin-elektron-varianti-asco-nun-resmi-saytina-yerlesdirilib/