ASCO yeni açıq müsabiqə elan edib

345

Yüksəkmərtəbəli yaşayış binalarının tikintisi obyektinin  transformatorları, yüksək gərginlikli elektrik avadanlıqları, kabelləri və digər elektrik tikinti malları, onların quraşdırılması, sınaq sazlanması və işə buraxılması xidmətlərinin satınalınması məqsədilə müsabiqə elan edilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti Cavanşir küçəsi 9 ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binalarının tikintisi obyektinin  transformatorları, yüksək gərginlikli elektrik avadanlıqları, kabelləri və digər elektrik tikinti malları, onların quraşdırılması, sınaq sazlanması və işə buraxılması xidmətlərinin satınalınması məqsədilə müsabiqə elan edir.

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az səhifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Müraciət üçün son müddət 2020-ci il iyulun 23-ü saat 18:00-dəkdir.

Sənədlər Azərbaycan dilində,2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaq.

Ünvan: Bakı, Heydər Əliyev prospekti 152,”Çinar plaza”, 24-cü mərtəbə.

  Əlaqə  telefonu: (012) 404-37-00, daxili: 1263. YÜKLƏ

Mənbə:https://asco.az/announcements/yuksekmertebeli-yasayis-binalarinin-tikintisi-obyektinin-transformatorlari-yuksek-gerginlikli-elektrik-avadanliqlari-kabelleri-ve-diger-elektrik-tikinti-mallari-onlarin-qurasdirilmasi-sinaq-sazlanmasi/