Aktau limanından indiyədək 559 azərbaycanlı Vətənə yola salınıb

325

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsi səbəbindən sərhədlərin bağlanmasına görə müvəqqəti olaraq (xidməti və şəxsi səfərlər ilə əlaqədar) Qazaxıstanda qalan daha 36 vətəndaşımız ölkəmizə göndərilib.

Azərbaycanın Aktaudakı Baş Konsulluğundan AZƏRTAC-a verilən məlumata əsasən, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Merkuri” (11 nəfər), “Professor Gül” (21 nəfər), “Balakən” (4 nəfər) bərə gəmiləri ilə yola salınan vətəndaşların hamısı COVID-19 virusu ilə bağlı testdən keçiblər.

Bu günə qədər Aktaudan ümumilikdə 559 vətəndaşımız gəmi vasitəsilə ölkəmizə yola salınıb.

Xatırladaq ki, Baş Konsulluqda Azərbaycana təxliyəni gözləyən vətəndaşların qeydiyyat prosesi davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır