ABŞ aviadaşıyıcısında matros itkin düşüb

334

ABŞ Silahlı Qüvvələrinin Ərəbistan dənizində yerləşən Beşinci donanmasının “Nimits” aviadaşıyıcısında bir matros itkin düşüb.

Trend-in məlumatına görə, bu barədə donanmanın “Twitter” səhifəsində yazılıb.

Qeyd olunur ki, sentyabrın 6-da axşam saatlarında itən matrosun axtarışları bir nəticə verməyib. Hazırda Ərəbistan dənizinin şimal hissəsində axtarışlar davam etdirilir.

Qeyd edək ki, “Nimits” aviadaşıyıcısında 5 min dənizçi xidmət edir.